“Qazakh” “Nakhchivan”a qalib gəldi

“Qazakh” “Nakhchivan”a qalib gəldi
Oxunma sayı: 1007

FIFA20 1-ci Liqasının son iki turunda uğurlu nəticə göstərmiş “Qazakh Ashiqs” komandası liderliyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 12-ci turadək liderlərdən 1 xal geri qalan “Qazaxın Aşıqları” 13-cü turda “Balakhanı Oilers” komandası və 14-cü turda liderlərdən biri - “Nakhchivan Alinja Tower” komandası üzərində qələbə qazanaraq yarış cədvəlinin ilk sırasına yüksələ bilib.

Qeyd edək ki, 13-cü turda “Nakhchivan Alinja Tower” komandası digər lider “Quba Tigers” ilə heç-heçə oynayıb. Bununla belə, 14-cü tur çərçivəsində “Quba Tigers” komandasının “Tovuz Winegrowers” ilə qarşılaşması bu gün keçiriləcək.

Turnir cədvəlinə nəzər salsaq, “Nakhchivan Alinja Tower” komandasının liderdən artıq 4 xal geri qaldığını görə bilərik. 

Qeyd edək ki, avqustun 14-də keçiriləcək 15-ci turda azarkeşləri turnir cədvəlinin liderləri “Quba Tigers” və “Qazakh Ashiqs” komandaları arasında maraqlı derbi gözləyir.

FIFA20 1-ci Liqasının oyunlarını canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək GLAHUB youtube kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gaming League Azerbaijan (GLA), İdman TV, Azərbaycan Kiber İdman Federasiyası və Topaz-ın birgə təşkilatçılığı ilə keçirilən Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBankdır.