"Qafqazinfo" Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Ramin Atakişiyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu vətəndaş Ramil Daniyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd “Nokia” markalı mobil telefon aparatları, 2 ədəd elektrik qidalandırıcısının hissələri və 2 ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər