Qazax deputatın mandatı Putinə görə ləğv edildi

qazax-deputatin-mandati-putine-gore-legv-edildi
Oxunma sayı: 5254

Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayev mandatından məhrum edilib.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb qazax deputatın Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsi olub.

Bu barədə qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında da dərc olunub.

Qeyd edək ki, bir müddət əvvəl isə Əbildayev “Ak Yol” Demokrat Partiyasından xaric edilib.