Qazax sakini minaya düşdü - Yenilənib

qazax-sakini-minaya-dusdu
Oxunma sayı: 2554

Bu gün Qazaxda mina partlayışı baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Belə ki, qoyun otaran 2001-ci il təvəllüdlü İlkin Sarıyev minaya düşüb.

O, xəstəxanaya aparılıb.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər  Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Mina partlayışı nəticəsində sağ ayaq nahiyəsindən xəsarət alan 2001-ci  il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabildir”.