Qazax yolunda qəza: 3 ölü

qazax-yolunda-qeza-3-olu
Oxunma sayı: 1320


 "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yol qəzası Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov  və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.