Qazaxa dolu yağıb

qazaxa-dolu-yagib
Oxunma sayı: 1843

Yerli vaxtla saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, dolu təxminən 10 dəqiqə davam edib.

Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan  dolunun diametrini​ ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət  edilib.