Qazaxda 2 yaşlı uşaq əməliyyatda ölüb

qazaxda-2-yasli-usaq-emeliyyatda-olub
Oxunma sayı: 2093

Qazax rayonunda iki yaşlı uşaq əməliyyat zamanı ölüb.

Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasova Qazax Müalicə Diaqnostika Mərkəzində vəfat edib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.