Qazaxda 4 avtomobil toqquşdu, 1500 ailə qazsız qaldı

qazaxda-4-avtomobil-toqqusdu-1500-aile-qazsiz-qaldi
Oxunma sayı: 1292

Bu gün saat 17:00 radələrində Qazaxda 4 avtomobil bir-biri ilə toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonunun Nəriman Nərimanov küçəsində qeydə alınıb.

"Azəriqaz"dan verilən məlumata görə, hadisə nəticəsində avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb. Baş verən olaya görə 1500 abonentin qaz təchizatı dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.