Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları yanıb.
"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bitişik tövlə və yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər