Qazaxda ağır qəza, ölən var

qazaxda-agir-qeza-olen-var
Oxunma sayı: 1581

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün “Ford” və “Mercedes” markalı avtomobillərin toqquşması ölümlə nəticələnib.

Belə ki, toqquşan avtomobillərdən biri yoldan çıxaraq 1955-ci il təvəllüdlü piyada Ş.Mustafayevanı vurub. Qadın hadisə yerində vəfat edib. 1964-cü il təvəllüdlü İ. Musayev və “Mercedes” markalı avtomobilin sürücüsü isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev