Qazaxda avtomobil qəzası, yaralılar var

qazaxda-avtomobil-qezasi-yaralilar-var
Oxunma sayı: 2198

Qazaxda avtomobil qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çaylı kəndinə gedən yolda olub. “Vaz” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 3 nəfər kənd sakini xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Qapaqov Əzəmət Heydər oğlu, 1989-cu il təvəllüdlü Bənnayev Fərid Faiq oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Məmməd Mustafa oğludur. Yaralılardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli