Qazaxda 29 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı gənc xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli