Qazaxda bir gecədə 3 nəfəri maşın vurub

qazaxda-bir-gecede-3-neferi-masin-vurub
Oxunma sayı: 1565

Qazaxda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Bakı küçəsində yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Ələddin Quliyev və 2004-cü il təvəllüdlü Badisəba Məhərrəmova minik avtomobili tərəfindən vurulub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. 

Digər hadisə isə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Ləman Bəbəşovanı maşın vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktlarla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, hadisə nəticəslər nəticəsində hər hansı ölüm faktı qeydə alınmayıb.

Elmar Əli