Qazaxda “BMW” dərəyə düşüb

qazaxda-bmw-dereye-dusub
Oxunma sayı: 1185

Qazaxda yol qəzası baş verib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Quşçu Ayrım kəndində “BMW” markalı minik avtomobili dərəyə düşüb.
 
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.