Qazaxda çağırışa gedən təcili yardım maşını qəzaya düşdü

qazaxda-cagirisa-geden-tecili-yardim-masini-qezaya-dusdu
Oxunma sayı: 1805

Qazaxda təcili tibbi yardım avtomobili “VAZ” markalı avtomobillə toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində “VAZ”da olan rayon sakini, 1996-ci il təvəllüdlü Musayev Cabir xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, təcili yardım avtomobili çağırış əsasında xəstəyə ilkin müdaxilə üçün ünvana gedirmiş.