Qazaxda ekskovator snayperdən atəşə tutulub - Foto

qazaxda-ekskovator-snayperden-atese-tutulub
Oxunma sayı: 1627

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir. 

“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, yanvarın əvvəlindən hal-hazıradək “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

6 yanvar tarixində saat 15:35 radələrində bölmələrdən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib və kabinəsinin sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.