Qazaxda göldə çimən kişi boğuldu

qazaxda-golde-cimen-kisi-boguldu
Oxunma sayı: 2042

Qazaxda göldə çimən kişi boğulub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Xanlıqlar kəndi ərzisində olan göldə baş verib. 

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Mübariz Ömərov göldə çimən zaman boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Məlumata görə, M.Ömərovun yanında qohumları da olub. O, bir dəfə göldə çimib çıxıb. Bir müddət sonra isə yenidən suya girən zaman boğulub. Kənd sakinləri bildiriblər ki, M. Ömərov qış aylarında da göldə çimirmiş. 

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli