Qazaxda iki kənddə bıçaqlanma olub

qazaxda-iki-kendde-bicaqlanma-olub
Oxunma sayı: 1789

Qazax rayonunda iki bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisənin biri rayonun Qazaxbəyli kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Cavid İsayev münaqişə zəminində tanışı, 1999-cu il təvəllüdlü Səhladar Adıgözəlovu bıçaqlayıb.

Digər hadisə isə Hüseynbəyli kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Ramiz Rəhimov həmkəndlisi 2002-ci il təvəllüdlü Sənan Hüseynova bıçaqla xəsarət yetirib.