Qazaxda iki qadın dəm qazından zəhərləndi

qazaxda-iki-qadin-dem-qazindan-zeherlendi
Oxunma sayı: 980

Qazaxda zəhərlənmə olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Qazax şəhər sakini, 1992-ci il təvəllüdlü Telli Qurbanova və rayonun Ağköynək kənd sakini, 1977-ci il təvəllüdlü Kəmalə Poladova dəm qazından zəhərlənmə əlamətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hər iki qadın yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.