Qazaxda mənzildə partlayış, baba və nəvə xəsarət aldı

qazaxda-menzilde-partlayis-baba-ve-neve-xesaret-aldi
Oxunma sayı: 1109

Qazaxda yaşayış evində qaz partlayışı olub.

“Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Partlayış zamanı 1950-ci il təvəllüdlü Pənah Vəliyev və onun 14 yaşlı nəvəsi yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli