Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Hərəkətdə olan "RAF" markalı mikroavtobusla "VAZ-2107"nin toqquşması nəticəsində 6 nəfər - 33 yaşlı Ruslan Məmmədov, 19 yaşlı Araz Pənahov, 26 yaşlı İlkin Mustafayev, 30 yaşlı Elnur Xasayev, 26 yaşlı İslam Rəfizadə və 30 yaşlı Kamil Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər