Qazaxda mikroavtobus aşdı, yaralılar var

qazaxda-mikroavtobus-asdi-yaralilar-var
Oxunma sayı: 1710

Qazaxda mikroavtobus qəzaya uğrayıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 2-si azyaşlı olmaqla 7 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli