Qazaxda şagirdlər arasında qız üstündə bıçaqlanma

qazaxda-sagirdler-arasinda-qiz-ustunde-bicaqlanma
Oxunma sayı: 2680

Qazax rayonunda məktəbdə dərs zamanı bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında 2 saylı tam orta məktəbin stadionunda qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi Q.V. mübahisə zəminində 11-ci sinif şagirdi Y.Y.-ni bıçaqlayıb. Hadisəni törədən şəxs saxlanılıb.

İlkin məlumata görə, məktəblilər arasında mübahisə qız üstündə olub.