Qazaxda tədbir keçirilib

qazaxda-tedbir-kecirilib
Oxunma sayı: 1151


“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində ilk tədbir bu gün Qazax rayon Gənclər Mərkəzində keçirilib.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova Azərbaycanda son illər gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində görülən işlərdən danışıb. 

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə TUMİB-in gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərədn danışıb. S.Verdizadə bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb. “Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Yaxın bir ayda Ağstafa, Masallı, Lənkəran, Şəki və Quba şəhərlərində gənclərin iştirakı ilə tədbirlər keçirəcəyik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı və yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub”.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan xalqının keçdiyi yola nəzər salıb. 

Tədbirdə həmçinin Qazax rayon Xanlıqlar kənd bələdiyyəsinin sədri Asya Alhüseynova, gənc şair Taleh Mənsur, TUMİB Gənclər Mərkəzinin sədri Elnur Camalov və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.