Qazaxda traktor sürücünün üstünə aşdı

qazaxda-traktor-surucunun-ustune-asdi
Oxunma sayı: 1706

Qazaxda traktor sürücüsü ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Piriyev Məcid idarə etdiyi traktorla ot biçən zaman texnikada nasazlıq yaranıb. Onu düzəldən zaman hərəkətə gələn traktor M. Piriyevi sürüyüb və onun üzərinə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli