Qazaxda yanğın olub

qazaxda-yangin-olub
Oxunma sayı: 730

Qazax şəhərində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 9 m2sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.