Qazaxda zəncirvari qəza - 5 yaralı

qazaxda-zencirvari-qeza
Oxunma sayı: 1747

Qazaxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" nun xəbərinə görə, hadisə rayonun Çaylı kəndində baş verib. Hərəkətdə olan “VAZ2107“, “Land Cruiser" və "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər 29 yaşlı Vüqar Bənnayev, 31 yaşlı Afiq Carciyev, 30 yaşlı Qorxmaz Murquzov və 30 yaşlı İkram Qocayev və 10 yaşlı Təranə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli