Qazaxın 7 kəndi ilə bağlı məsələyə aydınlıq gətirildi

qazaxin-7-kendi-ile-bagli-meseleye-aydinliq-getirildi
Oxunma sayı: 7315

“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.

Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.

X. Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”.