Qazaxıstan bu ticarətdə tamamilə elektrona keçir

qazaxistan-bu-ticaretde-tamamile-elektrona-kecir
Oxunma sayı: 1588

Qazaxıstan 2022-ci ilin yanvar ayından etibarən mayeləşdirilmiş neft qazı (LPG) ticarətini tamamilə elektron formada həyata keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin açıqlama yayıb.

Bildirilib ki, ölkədə LPG ticarətinin elektron formada həyata keçirilməsi üçün müvafiq qanunda lazımi dəyişikliklər edilib və maye qaz satışı tamamilə elektron ticarətlə reallaşacaq.

Açıqlamada LPG-nin 50 faizinin ölkə daxilində əmtəə birjaları vasitəsilə satıldığı və bu rəqəmin ilin sonuna qədər 80 faizə çatdırılmasının hədəfləndiyi ifadə edilib.

Vurğulanıb ki, LPG-nin satışının elektron ticarətlə aparılması sektorun investisiya cəlbediciliyini artıracaq, qiymətlərin şəffaflığını təmin edəcək və qazın qeyri-formal ixracının qarşısının alınması üçün vacib addım olacaq.

Xatırladaq ki, Qazaxıstanda 2020-ci ildə 55 milyard kubmetrdən çox qaz hasil edilib.