Qazaxıstan latın qrafikalı əlifbaya keçəcək - 2025-ci ildə

qazaxistan-latin-qrafikali-elifbaya-kececek
Oxunma sayı: 1340

Qazaxıstan hökuməti 2025-ci ildə latın qrafikasına keçəcək.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mədəniyyət naziri Arıstanbek Muhammediul bildirib.

Onun sözlərinə görə, qazax əlifbası ilə latin qrafikasının yeni mərhələsi başlayacaq: “Artıq bununla bağlı rəsmi proqram qəbul olunub. Bu proqram 2025-ci ildə tətbiq olunacaq. Bu addımı atmaqda məqsədimiz beynəlxalq birliyə inteqrasiya etməkdir”.