Qazaxıstan Misirdə olan vətəndaşlarını təxliyə edir

qazaxistan-misirde-olan-vetendaslarini-texliye-edir
Oxunma sayı: 3662

Qazaxıstan koronavirusun “Omicron” ştamı ilə əlaqədar Misirdə istirahətdə olan 4 minə yaxın vətəndaşını təxliyə edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət vətəndaşlarını gətirmək üçün 23 təxliyə reysi nəzərdə tutub.

Uçuş “Air Astana” Hava Yolları Şirkətinin təyyarələri həyata keçirləcək.

Bundan başqa, Misirə yeni il turu alan vətəndaşlara tətil marşrutlarını dəyişmək və ya pullarının geri qaytarılması imkanı yaradılacaq.