Qazaxıstan Nazarbayevin dağıdılmış abidəsini bərpa etməyi planlaşdırmır

Qazaxıstan Nazarbayevin dağıdılmış abidəsini bərpa etməyi planlaşdırmır
Oxunma sayı: 2577

Qaxazıstanın Paytaxtı Almatının inzibati mərkəzi Taldıkorqanda iğtişaşlar zamanı etirazçılar tərəfindən dağıdılan Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin abidəsi hələ bərpa edilməyib.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, hakimiyyət hələlik şəhər meydanından heykəlin hissələrini yığışdırmaqla kifayətlənib.

Bu gün Almatı vilayət administrasiyasında Elbası abidəsinin bərpasını təxirə saldıqlarını açıqlayıblar.

"Hazırda Taldıkorqanda bərpa işləri sürətlə gedir. Dağılmış binalar bərpa edilir. Şəhər və vilayət polisinin inzibati binaları, eləcə də iğtişaşlar zamanı zədələnmiş digər dövlət obyektləri təmir olunur. Birinci Prezidentin dağıdılmış abidəsi ilə bağlı qərara gəlincə, biz bu məsələyə qayıdacağıq. Bu mövzunu yalnız şəhərdəki bütün obyektlər bərpa edildikdən sonra müzakirə edəcəyik”, - deyə Baş Prokurorluğun Mədəniyyət, Arxivlər və Sənədlər şöbəsinin müdiri Gülmira Kalkabayeva bildirib.

Xatırladaq ki, Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin abidəsi 2016-cı ilin noyabrında Taldıkorqanın mərkəzi meydanında ucaldılıb. Abidə bu il yanvarın 5-də iğtişaşlar zamanı nümayişçilər tərəfindən dağıdılıb.