Qazaxıstan parlamentinin spikeri koronavirusa yoluxdu

qazaxistan-parlamentinin-spikeri-koronavirusa-yoluxdu
Oxunma sayı: 927

Qazaxıstan parlament məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulində koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, iyunun 16-da spiker Niqmatulin koronavirus testindən keçib və nəticə pozitiv çıxıb.

“Bununla belə diaqnoz asimptomatik olaraq təyin edilib. Təsdiq olunmuş protokola riayət edərək Nurlan Niqmatulin özünü təcrid etmək qərarına gəlib. Hazırda o, uzaqdan işləməyə davam edir”,- deyə açıqlamada qeyd olunub.