Qazaxıstan Prezidenti Heydər Əliyevin xatirəsini yad etdi - Foto

qazaxistan-prezidenti-heyder-eliyevin-xatiresini-yad-etdi
Oxunma sayı: 738

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Qafqazinfo" xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.