Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu

qazaxistan-prezidentinin-metbuat-katibi-koronavirusa-yoluxdu
Oxunma sayı: 1141

Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Qazaxıstan” xəbər verib.

“Təəssüf ki, bütün ehtiyat tədbirlərinə baxmayaraq, son koronavirus testimin müsbət nəticə göstərdiyini bildirməliyəm. Hazırda xəstəxanada həkimlərin nəzarəti altındayam. Vəziyyətim qənaətbəxşdir”, - Berik Uali danışıb.

Mətbuat katibi qeyd edib ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev işini cədvələ uyğun davam etdirir, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.

“Dövlət başçısı müntəzəm testdən keçir. Akordda sanitar rejim gücləndirilib, təhlükəsizlik tədbirləri sərtləşdirilib”, - Qazaxıstan sakinlərini karantin rejiminə ciddi əməl etməyə və profilaktik tədbirlər görməyə çağıran Uali bildirib.

Xatırladaq ki, Qazaxıstanda 12 511 nəfərdə koronavirus aşkarlanıb. 7 135 pasiyent sağalıb, 53 nəfər vəfat edib.