Qazaxıstan “Taliban”ı terror təşkilatları siyahısından çıxardı

qazaxistan-talibani-terror-teskilatlari-siyahisindan-cixardi
Oxunma sayı: 2128

Qazaxıstan “Taliban” hərəkatını terror təşkilatları siyahısından çıxarıb. 

“Qafqazinfo” “Gazeta” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament palatalarının spikerləri ilə görüşündə açıqlayıb. 

Onun sözlərinə görə, ölkəsi müasir Əfqanıstanla iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə əsaslanaraq “Taliban” rejimini terror təşkilatları siyahısından çıxarıb.

Xatırladaq ki, ötən ay Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov Rusiyanın “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxara biləcəyini açıqlamışdı.