Qazaxıstan tengesindən yeni - Antirekord

qazaxistan-tengesinden-yeni-
Oxunma sayı: 2179

 

Bu gün Qazaxıstan Fond Birjasında tengenin ABŞ dollarına nəzərən 8% ucuzlaşmasından sonra, valyutadəyişmə məntəqələrində 1 dollar 278/280 tenge olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Astana və Alma-Atadakı əksər valyutadəyişmə məntəqələri ABŞ dolları satışda yoxdur.

Qeyd edək ki, bu ilin avqustun 20-dən Qazaxıstan azad üzən məzənnə siyasətinə keçib.