Qazaxıstanın Rusiyadakı səfirliyi həmvətənlərini mövcud təhlükəsizlik təhdidləri ilə əlaqədar Ukrayna ilə həmsərhəd olan Rusiya bölgələrinə getməməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, müvafiq məlumat diplomatik nümayəndəliyin saytında yerləşdirilib.
Diplomatlar Rusiyada, ilk növbədə Ukrayna ilə həmsərhəd bölgələrdə olan həmvətənlərindən Qazaxıstanın Moskvadakı səfirliyində konsulluq qeydiyyatına düşmələrini xahiş edirlər.
Səfirlik bildirib ki, fors-major hallar baş verdikdə Qazaxıstan vətəndaşlarına bütün lazımi yardım və dəstək göstəriləcək.
Son xəbərlər
Son Xəbərlər