Qazaxıstana bir həftədə rekord sayda rusiyalı gəlib

qazaxistana-bir-heftede-rekord-sayda-rusiyali-gelib
Oxunma sayı: 2202

Sentyabrın 21-dən etibarən Qazaxıstana 98 minə yaxın Rusiya vətəndaşı gəlib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan DİN-in nümayəndəsi Aslan Atalıkov açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslərin 64 234-ü Qazaxıstanı artıq tərk edib.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Rusiya vətəndaşları əsas olaraq ölkə ilə qonşu dövlətlərə üz tuturlar.

Qazaxıstan DİN-in açıqlamasına görə, bir çox rusiyalı Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit ölkə olaraq istifadə edir.