Qazaxıstanda koronavirusa yoluxan tibb işçilərinin sayı 211-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumatda qeyd olunub ki, ölkədə koronavirusa yoluxanların 20,5 faizini tibb işçiləri təşkil edir. Ümumilikdə ölkə üzrə 979 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan 12-si xəstəlik səbəbindən həyatını itirib.
Qeyd edək ki, Qazaxıstanda martın 16-dan etibarən fövqəladə vəziyyət elan olunub.
Son xəbərlər
Son Xəbərlər