Qazaxıstanın Almatı şəhərinin baş sanitar həkimi Jandarbek Bekşin şəhərin Mərkəzi Dövlət Klinik Xəstəxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, buna səbəb sözügedən xəstəxananın 263 tibb işçisində koronavirusa yoluxma faktının aşkarlanması olub. Ümumilikdə şəhərdə 383 tibb işçisinin koronavirusa yoluxduğu bildirilib. Bundan əlavə Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Akademiyasının 67 kursantının koronavirusa yoluxduğu, mərkəzin karantinə alındığı açıqlanıb.
Xatırladaq ki, aprelin ortalarında Almatı şəhərinin Mərkəzi Dövlət Klinik Xəstəxanasında 100-dən çox tibb işçisində koronavirus aşkarlandıqdan sonra xəstəxana karantinə bağlanmış və baş həkim vəzifəsindən azad edilmişdi.
Son xəbərlər
Son Xəbərlər