Qazaxıstanda 3 mindən çox sayt bloklanıb

qazaxistanda-3-minden-cox-sayt-bloklanib
Oxunma sayı: 1874

2019-cu ildə Qazaxıstanda təxminən 3,2 min sayt qanunsuz elan olunaraq respublikadakı radikal meyllərə qarşı mübarizə çərçivəsində bloklanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Aidə Balayeva açıqlama verib: “2019-cu ildə 5300-dən çox İnternet resursu təhlil edilib, onlardan 3200-ü qanunsuz elan edilərək bağlanılıb”.

O qeyd edib ki, bu sahədə ən vacib olan əhalidə radikal cərəyanlara qarşı immunitet yaratmaq və ölkədə dinlərarası münaqişələrin qarşısını almaqdır.