Qazaxıstanda 3 yaşlı uşaq yıxılmaqdan son anda xilas edildi - Video

qazaxistanda-3-yasli-usaq-yixilmaqdan-son-anda-xilas-edildi
Oxunma sayı: 3297

Qazaxıstanda 3 yaşlı qızın 8-ci mərtəbədən yıxılmaqdan xilas edilməsi görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub. 

“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videogörüntüdə uşaq hündürmərtəbəli binanın pəncərəsinin kənarından asılıb. Hadisə şahidləri xilasetmə əməliyyatını mobil telefona çəkiblər. Sabit Şontakbayev adlı şəxs paytaxt Nur-Sultanda 3 yaşlı qızı 8-ci mərtəbədən yıxılmaqdan xilas edib. O, hadisəni belə xatırlayır:

“Səhər saat 10-da işə gedirdim. Artıq mənzildən çıxmazdan əvvəl təsadüfən, niyə bilmirəm, pəncərədən baxdım və orada asılmış bir uşaq gördüm. Tərəddüd etmədən köməyə qaçdım. Həmin an özümü düşünmürdüm. Nə edəcəyimi də bilmirdim. İnstinktiv şəkildə hərəkət etdim. Deyəsən hər şeyi düz etmişəm”.

5 övlad atası olan və inşaatçı işləyən Şontakbayev ölkənin Fövqəladə Hallar Nazirliyində işə dəvət olunub. O, bu təklif barədə düşünəcəyini deyib.