Qazaxıstanda 30-a yaxın tibb işçisi koronavirusa yoluxub

qazaxistanda-30-a-yaxin-tibb-iscisi-koronavirusa-yoluxub
Oxunma sayı: 1088

Qazaxıstanda koronavirusa yoluxan 453 nəfərin 28-si tibb işçisidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov açıqlama verib:

“Karantin müəssisələrində işlədikləri üçün koronavirusa yoluxan tibb işçilərinin sayı 28-ə çatıb”.

O bildirib ki, bu günə qədər ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib. 29 nəfər isə müalicə olunaraq xəstəlikdən sağalıb.

Qeyd edək ki, martın 16-dan etibarən Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.