Qazaxıstanda 6 turist qar uçqunu altında qaldı

qazaxistanda-6-turist-qar-ucqunu-altinda-qaldi
Oxunma sayı: 818

Qazaxıstanın Ridder şəhərində altı turist qar motosikletinə minərkən qar uçqunu baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, uçqun altında qalan turistlərdən 1-i ölüb, 5 nəfər sağ xilas edilib. Ölən turistin 1979-cu il təvəllüdlü olduğu bildirilib.

Rəsmilər dəyişkən hava şəraiti və güclü külək səbəbi ilə qar uçqunu olması barədə xəbərdarlıq edib,  həmçinin vətəndaşları diqqətli olmağa və dağlıq ərazilərə getməməyə çağırıblar.