Qazaxıstanda aksiyalardan sonra saxlanılan 6 nəfər ölüb

qazaxistanda-aksiyalardan-sonra-saxlanilan-6-nefer-olub
Oxunma sayı: 923

Qazaxıstanda yanvar ayında baş verən kütləvi iğtişaşlardan sonra saxlanılan 6 nəfər təcridxanada dünyasını dəyişib.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğunun Xüsusi Prokurorluq Xidmətinin rəisi Rizabek Ocarov açıqlayıb.

Onun sözlərinə görə, 2 nəfər Almatıda, 3 nəfər Şərqi Qazaxıstan vilayətində, daha 1 nəfər isə Taldıkorqanda vəfat edib. 

Qurumlararası istintaq əməliyyat qrupu sözügedən şəxslərin ölümünü araşdırır.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.