Qazaxıstanda baş verənlərlə bağlı BMT-dən - Açıqlama

qazaxistanda-bas-verenlerle-bagli-bmt-den
Oxunma sayı: 2759

“BMT Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyir, bütün tərəflərin zorakılıqdan çəkinməsi vacibdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib. 

“Biz Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyirik. Hazırkı hadisələrdə iştirak edənlərin hamısının təmkin nümayiş etdirmələri, zorakılıqdan çəkinmələri və bütün problemlərin həlli üçün dialoq aparmaları çox vacibdir", - Düjarrik bildirib.