Qazaxıstanda biznesmen hakimiyyəti ələ keçirməyə cəhddə - İttiham edildi

qazaxistanda-biznesmen-hakimiyyeti-ele-kecirmeye-cehdde
Oxunma sayı: 2623

Qazaxıstanda sahibkar Toxtar Tuleşov hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edilib.

Qafqazinfo” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sahibkar bu ilin yanvarın 30-u polisin keçirdiyi xüsusi əməliyyat zamanı tutulub.

Tuleşovun daha əvvəldən hakimiyyəti ələ keçirmək üçün işlər apardığı, lakin ötən il zorakılıqla ələ keçirmək üçün konkret addımlar atdığı açıqlanıb. Bunun üçün o, ölkədə gərginlik ocaqları yaratmaq, etiraz aksiyaları və kütləvi iğtişaşalar keçirməyi planlaşdırıb.