Qazaxıstanda bu il 1114 nəfər qızılcaya yoluxub

qazaxistanda-bu-il-1114-nefer-qizilcaya-yoluxub
Oxunma sayı: 723

Qazaxıstanda ilin əvvəlindən bəri qızılcaya yoluxanların sayı minə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, yanvarda qızılcaya yoluxan qazaxıstanlıların sayı 2018-ci ilin ümumi göstəricisini üstələyib. 

2019-cu ilin əvvəlindən isə 1114 xəstəliyə yoluxma halı aşkar edilib. Onların 799-u 14 yaşa qədər olan uşaqlardır.