Qazaxıstanda da zəlzələ oldu

qazaxistanda-da-zelzele-oldu
Oxunma sayı: 5891

Qazaxıstanın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan Milli Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (SOME) verdiyi açıqlamaya görə, zəlzələ yerli vaxtla saat 19.02-də qeydə alınıb.

Zəlzələ ölkənin cənubunda, Almatı şəhərindən 628 kilometr qərbdə baş verib.

Yeraltı təkanların Çimkənd və Taraz şəhərlərində də hiss olunduğu bildirilib.